Azərbaycan, Bakı, 21 fevral / Trend müxbir K.Zərbalıyeva/
Ötən il Bakıda ABŞ vətəndaşının mənzilindən oğurluq edən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Rafiz Rüstəmovdan 450 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Müəyyən edilib ki, Rüstəmov ötən il dekabrın 13-də Bünyad Sərdarov küçəsində yaşayan ABŞ vətəndaşı MacKenze Patrisanın mənzilinə aldatma yolu ilə daxil olaraq oradan 50 manat və şəxsi sənədlər oğurlayıb.
Ötən il Bakıda ABŞ vətəndaşının mənzilindən oğurluq edən şəxs tutulub
Ötən il Bakıda ABŞ vətəndaşının mənzilindən oğurluq edən şəxs tutulub.
