...

Azərbaycanda dünən yol qəzalarında 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb

Hadisə Materials 6 Mart 2012 09:30 (UTC +04:00)
Azərbaycanda dünən baş verən 14 yol qəzasında 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Azərbaycanda dünən yol qəzalarında 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda dünən baş verən 14 yol qəzasında 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Bakı-Qazax yolunun 258-ci kilometrliyində, Ucar rayonu ərazisində 2 "Mercedes" və "VAZ 2107" markalı avtomobillər toqquşub, nəticədə 2 nəfər həlak olub, 1 nəfər xəsarət alıb.

Bakı-Qazax yolunun 452-ci kilometrliyində, Ağstafa rayonu ərazisində "VAZ 21011" ilə "Niva" markalı avtomobillər toqquşub, 3 nəfər xəsarət alıb.

Bakı-Qazax yolunun 16-cı kilometrliyində, Abşeron rayonu ərazisində "Daewoo" markalı avtomobillə "KaMAZ" toqquşub, nəticədə 2 nəfər yaralanıb.

Bakının Nizami rayonunda "VAZ 2107" ilə "Volkswagen", Suraxanı rayonunda isə "Ford"la "VAZ 2107" toqquşub və hər qəzada 2 nəfər xəsarət alıb.

Qubada "VAZ 2103" markalı avtomobil maneəyə dəyib, nəticədə 2 nəfər xəsarət alıb.

Binəqədi rayonunda isə "Daewoo" markalı avtomobil 2 piyadanı vurub, onlardan biri ölüb, biri isə xəsarət alıb.

Bütün faktlarla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti