...

Bakıda daha bir yaşayış binasının sakinləri köçürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 9 Mart 2012 12:22 (UTC +04:00)
Bakının Suraxanı rayonu, Zığ şossesi, 21 b nömrəli binanın ətrafında susponziya və qeyri-bərabər çökmə prosesi gedib.
Bakıda daha bir yaşayış binasının sakinləri köçürülüb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 9 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda daha bir yaşayış binasının sakinləri köçürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev Trend-ə bildirib ki, dünən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Suraxanı rayonu, Zığ şossesi, 21 b nömrəli binadakı 20 mənzilin sakinləri binadan köçürülüblər.

Onun sözlərinə görə, aparılan monitorinqlər zamanı fevralın 27-də həmin ərazidə çökmə prosesi qeydə alınıb.

"Həmin binanın bünövrəsi tamamilə dağılıb və çökmə prosesi inkişaf edir. Binanın yerləşdiyi ərazidə çökmə prosesinin qarşısını almaq mümkün deyil", - o deyib.

Niftiyev bildirib ki, ilkin rəyə görə, ərazidə qurunt sularının səviyyəsinin qalxması susponziya və qeyri-bərabər çökmə prosesinə səbəb olub. O qeyd edib ki, yekun rəy hazırlanır və Nazirlər Kabinetinə təqdim olunacaq, çox güman ki, binanın sökülməsinə qərar veriləcək.

Niftiyev əlavə edib ki, bir neçə gündür paytaxtda davam edən yağıntılı hava şəraiti monitorinq aparılan digər ərazilərdəki prosesə təsir etməyib, prosesin aktivləşməsi qeydə alınmayıb.

Qeyd edək ki, Bakının Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivində sürüşmə zonasında olan binalar üçün də təhlükəli vəziyyət yaranmışdı.

Xəbər lenti

Xəbər lenti