...

Türkiyənin hərbi kateri Mərmərə dənizində qəza törədib

Hadisə Materials 28 Mart 2012 15:19 (UTC +04:00)
Türkiyə Hərbi Dəniz Donanmasının kateri Mərmərə dənizinin yerli sularında qəza törədib.
Türkiyənin hərbi kateri Mərmərə dənizində qəza törədib

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Hərbi Dəniz Donanmasının kateri Mərmərə dənizinin yerli sularında qəza törədib. Bu barədə çərşənbə günü Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

Hadisənin səbəbi və təfərrüatları haqqında məlumat verilmir.

Qəza nəticəsində səkkiz dənizçi xəsarət alıb. Onlar hərbi hospitala yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti