...

İraqda İran səfirliyi yaxınlığında partlayış baş verib

Hadisə Materials 29 Mart 2012 16:08 (UTC +04:00)
İraqda İran səfirliyi yaxınlığındakı Hadra adlanan ərazidə partlayış baş verib. Bu barədə Trend cümə axşamı "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
İraqda İran səfirliyi yaxınlığında partlayış baş verib

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir A.Tağıyeva/

İraqda İran səfirliyi yaxınlığındakı Hadra adlanan ərazidə partlayış baş verib. Bu barədə Trend cümə axşamı "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

Partlayış Ərəb Dövlətləri Liqasının sammitinin keçirildiyi binanın yaxınlığında baş verib.

Həlak olanlar barədə məlumat verilmir.

ƏDL sammiti cümə axşamı Bağdadda başlayıb. ƏDL-in Suriyadakı daxili böhranın nizamlanmasına cəlb edildiyi nəzərə alınarsa, sammitdə Suriya böhranı məsələsinin nisbətən kəskin qoyulacağı gözlənilir.

Bundan əvvəl İraq hakimiyyəti sammitin keçiriləcəyi vaxtda Bağdadda təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti