Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda dünən gecə ölümlə nəticələnən yol qəzaları olub.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, dünən gecə saat 00:00 radələrində Nərimanov rayonu, Xətai prospektində "Toyota" ilə "Opel" markalı minik avtomobilləri toqquşub. Nəticədə bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Nəsimi rayonu, Azadlıq prospektində saat 00:30 radələrində "VAZ 2107" ilə "Mercedes" toqquşub. Nəticədə bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Hər iki faktla bağlı cinayət işi başlanıb.
Bakıda yol qəzalarında iki nəfər ölüb, iki nəfər yaralanıb
Hər iki faktla bağlı cinayət işi başlanıb.
