...

Ermənistanda hərbi anbarda yanğın baş verib

Hadisə Materials 7 Aprel 2012 13:44 (UTC +04:00)
Aprelin 7-nə keçən gecə saat 03:49 radələrində Ermənistan Föqəladə Hallar Nazirliyinə (FHN) Gümrüdə hərbi anbarda yanğın baş verməsi haqqında məlumat daxil olub.
Ermənistanda hərbi anbarda yanğın baş verib

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Aprelin 7-nə keçən gecə saat 03:49 radələrində Ermənistan Föqəladə Hallar Nazirliyinə (FHN) Gümrüdə hərbi anbarda yanğın baş verməsi haqqında məlumat daxil olub. Bu barədə şənbə günü Trend "News.am"a istinadən məlumat verir.

Ermənistan FHN-in məlumatına əsasən, yanğının söndürülməsində nazirliyin üç yanğınsöndürən və sudaşıyan maşın, hərbi hissənin 2 yanğınsöndürən və sudaşıyan maşını, habelə hərbçilər iştirak ediblər.

Saat 06:50-də yanğının yayılmasının qarşısı alınıb, saat 08:40-da isə yanğın söndürülüb.

Hadisənin təfərrüatları açıqlanmır.

Xəbər lenti

Xəbər lenti