...

FHN Bakının mərkəzində hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 10 Aprel 2012 12:11 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzində hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN Bakının mərkəzində hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzində hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda inşa olunan ondördmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 1880 kv.m olan taxta qəliblər 912 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi, binaya bitişik üçmərtəbəli yaşayış binası, məscid binası və yarımstansiya yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Əraziyə cəlb edilmiş xilasedicilər hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə binanın ətrafındakı yaşayış evlərindən insanların çıxarılaraq təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin edib və adıçəkilən əraziyə kənar şəxslərin girişini məhdudlaşdırıblar.

Xəbər lenti

Xəbər lenti