Azərbaycan, Bakı, 11 aprel / Trend müxbir K.Zərbalıyeva/
Qəbələdə sürücü avtomobilin altında qalıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 10-da saat 17:00 radələrində Qəbələ rayonunun Uludaş kəndi ərazisində rayon sakini Etibar Məmmədov idarə etdiyi TATRA markalı avtomaşını işlək vəziyyətdə qoyub və yerə düşüb. Sonradan avtomaşın hərəkətə gəldiyindən Məmmədov avtomobilin altında qalaraq ölüb.
Qəbələdə avtomobil sürücünün üstündən keçib
Qəbələdə sürücü avtomobilin altında qalıb.
