...

Mağazadan pul və danışıq kartları oğurlamış Bakı sakini tutulub

Hadisə Materials 12 May 2012 12:16 (UTC +04:00)
Mağazadan pul və danışıq kartları oğurlamış Bakıxanov qəsəbə sakini tutulub
Mağazadan pul və danışıq kartları oğurlamış Bakı sakini tutulub

Azərbaycan, Bakı, 12 may / Trend müxbir İ.İsabalayeva/

Mağazadan pul və danışıq kartları oğurlamış Bakıxanov qəsəbə sakini tutulub.

Trend şənbə günü Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 10-da Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Rəmiş Səfərova məxsus mağazadan 500 manat pul və danışıq kartları oğurlamış qəsəbə sakini İsa Əliyev tutulub.

Əməliyyat tədbirləri nəticəsində onun mayın 10-da 76 saylı xətt avtobusunda, sərnişin Sevda Murtuzaliyevanın çantasından 72 manat pul və 3 ədəd bankomat kartını oğurlaması da müəyyən edilmişdir.

Xəbər lenti

Xəbər lenti