Azərbaycan, Bakı, 25 may / Trend müxbir K.Zərbalıyeva/
Qaxda radikal yönümlü dini təriqəti təbliğ edən şəxs saxlanılıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qax rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 24-də rayon sakinləri arasında qanunsuz dini təbliğatla və radikal yönümlü dini təriqətləri yaymaqla məşğul olan rayon sakini Qalib Sultanovun evinə baxış keçirilib.
Onun evindən 4 ədəd dini məzmunlu kitab, 10 ədəd broşura aşkar edilərək götürülüb.