...

Avtomobillərə qənim kəsilən oğru yaxalanıb

Hadisə Materials 16 İyun 2012 11:36 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, iyunun 15-də Cavadxan küçəsində Elxan Bayramova məxsus "BMW X-5" markalı avtomobilin şüşəsini sındırma yolu ilə oğurluğa cəhd edərkən İmişli rayon sakini Sadiq Hümbətov Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən tutulub.
Avtomobillərə qənim kəsilən oğru yaxalanıb

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Avtomobillərə qənim kəsilən oğru yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, iyunun 15-də Cavadxan küçəsində Elxan Bayramova məxsus "BMW X-5" markalı avtomobilin şüşəsini sındırma yolu ilə oğurluğa cəhd edərkən İmişli rayon sakini Sadiq Hümbətov Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən tutulub.

Müəyyən edilib ki, o, iyunun 9-da A.Məhərrəmov küçəsində Lalə Məmmədovaya məxsus "Hyundai" markalı avtomobildən şüşəni sındırma yolu ilə oğurluğa cəhd edib, Seyidzadə küçəsində Yevlax rayon sakini Fəridə Hüseynzadəyə məxsus "MG-350" markalı avtomobildən eyni üsulla 400 manat oğurlayıb. İyunun 10-na keçən gecə isə Cavadxan küçəsində Səlim Əsgərova məxsus "Mersedes" markalı avtomobildən oğurluğa cəhd edib, iyunun 12-də 20 yanvar küçəsində Elşən Çobanzadəyə məxsus "Mersedes" markalı avtomobildən 570 manat, qiymət kitabçası və açar dəsti oğurlayıb.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan İlqar Rəşidov iyunun 15-də tutulub.

Xəbər lenti

Xəbər lenti