...

Britaniyanın ən varlı qadınlarından biri evində ölü tapılıb

Hadisə Materials 11 İyul 2012 12:05 (UTC +04:00)
Böyük Britaniyanın ən varlı qadınlarından biri Eva Rauzinq Londonun mərkəzindəki evində ölmüş vəziyyətdə aşkar edilib. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.
Britaniyanın ən varlı qadınlarından biri evində ölü tapılıb

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir X.Murtuzayeva/

Böyük Britaniyanın ən varlı qadınlarından biri Eva Rauzinq Londonun mərkəzindəki evində ölmüş vəziyyətdə aşkar edilib. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

Agentliyin məlumatına görə, Rauzinq qalmaqallı ailənin nümayəndəsidir. Bu ailə bütün dünyada məşhur olan Tetra Pak qablaşdırması sayəsində çoxmilyardlı sərvətə yiyələnib. Britaniya KİV-inin məlumatına görə, 48 yaşlı qadının ölümünə səbəb narkotikdən həddən artıq böyük dozada istifadə olub.

Rauzinq bazar ertəsi ölsə də, bu barədə yalnız indi məlumat verilib. Qadının cəsədi Londonun nüfuzlu Belqraviya rayonunda ailəsinə məxsus evdə tapılıb. Polis Rauzinqin üzərində narkotik vasitə aşkarlanan 49 yaşlı ərini həbs edib. Onun adı istintaq sirri olduğuna görə açıqlanmır. Ancaq "Daily Mail" qəzeti əminliklə yazır ki, bu, Hans Kristian Rauzinqdir. Onun polislə əvvəllər də problemləri olmuşdu.

Ər-arvad 20 il əvvəl ABŞ-da narkomanların müalicə aldığı klinikada tanış olublar. Onlar narkomanlara yardım edən xeyriyyə fondlarına yüz minlərlə funt ianə versələr də, özləri bu asılılıqdan xilas ola bilməyiblər.

Xəbər lenti

Xəbər lenti