...

Bakıda ticarət mərkəzlərindən birində saxta zərgərlik məmulatları aşkar edilib

Hadisə Materials 16 İyul 2012 12:50 (UTC +04:00)
Bakıda ticarət mərkəzlərindən birində saxta zərgərlik məmulatları aşkar edilib.
Bakıda ticarət mərkəzlərindən birində saxta zərgərlik məmulatları aşkar edilib

Azərbaycan, Bakı, 16 iyul / Trend müxbir K.Zərbalıyeva/

Bakıda ticarət mərkəzlərindən birində saxta zərgərlik məmulatları aşkar edilib.

Trend-in Maliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi ilə B.Nuriyev küçəsinin kəsişməsi ünvanında yerləşən "Laçın" Ticarət Mərkəzində dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, yuksək əyar adı altında aşağı keyfiyyətli zərgərlik məmulatlarının istehlakçılara təklif edilməsi faktlarının kütləvi xarakter daşıdığı bir daha müəyyən edilib.

Belə ki, adı çəkilən Ticarət Mərkəzində fəaliyyət göstərən Məmmədov Emil Mahal oğluna məxsus obyektdə aparılan yoxlama zamanı satışda olan bütün məmulatların, yəni 907 ədəd zərgərlik məmulatının dövlət əyar damğası ilə damğalanmadığı müəyyən olunub.

Alıcılara təklif edilən həmin zərgərlik məmulatlarının 786 ədədi, yəni 87 faizinin əyarlarının, məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkar edilib.

Xəbər lenti

Xəbər lenti