...

Bu ilin yay mövsümündə Bakıda qida zəhərlənməsi ilə bağlı 257 fakt qeydə alınıb

Hadisə Materials 25 İyul 2012 16:31 (UTC +04:00)
Bu ilin yay mövsümündə Bakıda qida zəhərlənməsi ilə bağlı 257 fakt qeydə alınıb.
Bu ilin yay mövsümündə Bakıda qida zəhərlənməsi ilə bağlı 257 fakt qeydə alınıb

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin yay mövsümündə Bakıda qida zəhərlənməsi ilə bağlı 257 fakt qeydə alınıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, mövsümün ilk qida zəhərlənməsi iyunun 1-də qeydə alınıb. Bu hadisələr zamanı 227 nəfər xəstəxanaya çatdırılıb, 30 nəfərə yerində ilkin tibbi yardım göstərilib. Qidadan zəhərlənənlərdən 89 nəfəri uşaq olub.

Stansiyadan bildirilib ki, mövsüm başlayandan bu günə kimi təcili yardıma günvurma ilə bağlı 50 müraciət daxil olub. Müraciət edənlərdən 13 nəfər xəstəxanaya yerləşdirlib. Onlardan 4-ü uşaq olub.

Xəbər lenti

Xəbər lenti