...

Lənkəranda bir nəfər göldə batıb

Hadisə Materials 16 Avqust 2012 12:48 (UTC +04:00)
Lənkəranda bir nəfər göldə batıb
Lənkəranda bir nəfər göldə batıb

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Lənkəranda bir nəfər göldə batıb

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1956-cı il təvəllüdlü Ziyafət Nəriman oğlu Bağırov Lənkəran rayonu, Osaküçə kəndi ərazisindəki göldə batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb. Bağırovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti