...

İranın Qərbi Azərbaycan əyalətində sel nəticəsində bir ailənin 4 üzvü həlak olub

Hadisə Materials 4 Sentyabr 2012 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir T. Cəfərov/

İranın Qərbi Azərbaycan əyalətində sel və daşqınlar nəticəsində Sənci kəndində bir ailənin dörd üzvü həlak olub. Bu barədə çərşənbə axşamı Trend ISNA agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, ötən gecə baş vermiş sel Urmiya, Miyandüab, Çaldıran və Xoy şəhərlərində yolların, 9 kənddə evlərin dağılmasına, elektrik dirəklərinin aşmasına səbəb olub, eləcə də əkin sahələrinə güclü ziyan vurub.

Xəbər lenti

Xəbər lenti