Azərbaycan, Bakı, 18 oktyabr /Trend /
Bakının hüquq-mühafizə orqanları Qaraçuxur qəsəbəsində xüsusi əməliyyat keçirir.
Suraxanı rayon polis bölməsindən Trend-ə verilən məlumat görə, hüquq-mühafizə orqanlarının və silahlı insanların arasında atışma baş verib.
Hadisələrin yerindən Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, hal-hazırda qəsəbəyə giriş polis tərəfindən mühasirəyə alınmışdır.
Hadisə yerində olan bəzi şahidlərin sözlərinə görə, xüsusi əməliyyat nəticəsində axtarışda olan bir neçə şəxs həbs edilib.
Məlumat hüquq-mühafizə orqanları tərəfindən nə təkzib nədə təstiq olunub.