Azərbaycan, Bakı, 6 yanvar /Trend/
Abşeron rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda (Bakı-Şamaxı magistral avtomobil yolunun 26-cı kilometrliyi) "VAZ" və "Mercedess" markalı iki minik avtomobili toqquşmuşdur.
Nəticədə, "VAZ" markalı minik avtomobili deformasiyaya uğramış və avtomobilin sürücüsü 1973-cü il təvəllüdlü Teyyub Bəkirov hadisə yerində vəfat etmişdir. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər.
Hadisə şahidlərinin bildirdiklərinə əsasən, "VAZ" markalı minik avtomobilində olan 1 nəfər sərnişin və "Mercedess" markalı avtomobilin sürücüsü xəsarət almış, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılmışlar.
Abşeron rayonunda yol qəzası baş verib, ölən var
Abşeron rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
