...

Bakı sakinlərindən narkotik maddələr götürülüb

Hadisə Materials 16 Yanvar 2013 11:42 (UTC +04:00)
Bakı sakinlərindən 1 kq-dan artıq marixuana, 200 qram heroin aşkar edilərək götürülüb.
Bakı sakinlərindən narkotik maddələr götürülüb

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İzzət/

Bakı sakinlərindən 1 kq-dan artıq marixuana, 200 qram heroin aşkar edilərək götürülüb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, İdarənin Narkotiklərlə Mübarizə İdarəsinin (NMİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu S.Məmmədova küçəsində yaşayan İsa Dadaşovdan 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Nəsimi RPİ NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş, Ceyhun İmanovdan 200 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Hər iki faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti