...

Bakıda qonşu qonşunu bıçaqla qətlə yetirib

Hadisə Materials 24 Yanvar 2013 10:21 (UTC +04:00)
Bakının Yasamal rayonunda qonşu qonşunu bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.
Bakıda qonşu qonşunu bıçaqla qətlə yetirib

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İzzət /

Bakının Yasamal rayonunda qonşu qonşunu bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.

Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, yanvarın 23-də 1991-ci il təvəllüdlü Bakı sakini - Yasamal rayonu 1-ci Alatava, ev 115-də yaşayan Zəkiyev Zaur Çingiz oğlu aralarında baş vermiş mübahisə zəminində qonşusu 1991-ci il təvəllüdlü Qurbanov Aqşin İlham oğluna bir neçə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti