Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İ.İzzət/
Abşeron rayonu ərazisində 33 yaşlı şəxsi qətlə yetiriblər.
Abşeron rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonda qətl hadisəsi baş verib.
Hadisə rayonun Aşağı Güzdək qəsəbəsi, "Quşçuluq" massivində qeydə alınıb. 1996-cı il təvəllüdlü Zamanov Orxan Rafiq oğlu münaqişə zəminində 1980-ci il təvəllüdlü Famil Usubovu bıçaqla qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.