...

Azərbaycanda sərxoş hərbçi mülki vətəndaşları bıçaqlayıb

Hadisə Materials 11 Fevral 2013 10:54 (UTC +04:00)
Zatatalada Daxili Qoşunların hərbçisi rayonun 3 sakini bıçaqlayıb.
Azərbaycanda sərxoş hərbçi mülki vətəndaşları bıçaqlayıb

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İzzət/

Zatatalada Daxili Qoşunların hərbçisi rayonun 3 sakini bıçaqlayıb.

Zaqatala rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, bu gecə içkili vəziyyətdə Daxili Qoşunların Zaqatalada yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçusu Xançanov Elvin Elçin oğlu rayonun 3 sakinini bıçaqlayıb.

Xançanov mübahisə zəminində 29 yaşlı Əhmədov Namiq Nazim oğlunu, 29 yaşlı Vəliyev Tərlan Şaiddin oğlunu və 28 yaşlı Qafurov Ruslan Bayram oğlunu bıçaqlayaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Yaralıların üçü də Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən Xançanov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti