...

Şəmkirdə 20 yaşlı qız sevgilisini öldürüb

Hadisə Materials 12 Fevral 2013 12:10 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, axşam saatlarında Şəmkirin Mahmudlu kəndində qız öz sevgilisini qətlə yetirib.
Şəmkirdə 20 yaşlı qız sevgilisini öldürüb

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Şəmkirdə 20 yaşlı qız sevgilisini öldürüb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, axşam saatlarında Şəmkirin Mahmudlu kəndində qız öz sevgilisini qətlə yetirib. Belə ki, 20 yaşlı Qafarova Sədaqət Məhəmməd qızı həmkəndlisi, aralarında qeyri-rəsmi sevgi münasibətləri olan 29 yaşlı Xudiyev Elmar Əli oğlunu qətlə yetirib.

Sədaqət Qafarova öz sevgilisini ürək nahiyəsinə 1 bıçaq zərbəsi endirməklə öldürüb. Elmar Xudiyev dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş verməsinə səbəb kimi sevgililər arasında münasibətlərin pozulması göstərilir.

Qeyd edək iki, Elmar Xudiyev evli olub və onun 3 uşağı var.

Faktla bağlı Şəmkir prokurorluğunda cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti