...

Bakıda 4 maşın toqquşdu, BMW X5 aşaraq yandı (ƏLAVƏ OLUNUB) (FOTO)

Hadisə Materials 9 Mart 2013 20:43 (UTC +04:00)
Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsində yol qəzası baş verib. Trend-in məlumatına görə, toqquşma nəticəsində 4 avtomobilə zərər dəyib: BMW X5, Toyoto Prado, Mercedes GL və Tofaş.
Bakıda 4 maşın toqquşdu, BMW X5 aşaraq yandı (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 9 mart /Trend/

Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsində yol qəzası baş verib. Trend-in məlumatına görə, toqquşma nəticəsində 4 avtomobilə zərər dəyib: BMW X5, Toyoto Prado, Mercedes GL və Tofaş.

Şahidlərin sözlərinə görə, BMW X5 toqquşma nəticəsində bir neçə dəfə çevrilib və alışıb. Avtomobilin söndürülməsinə isə 2 yanğınsöndürən maşın cəlb edilib.

Hadisə yerində yaralılar var. Lakin ölənlər haqqında məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti