...

İranda qaz balonunun partlaması nəticəsində 5 nəfər ölüb

Hadisə Materials 27 Mart 2013 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbirlər A.Bədəlova, T.Cəfərov/

İranın Şiraz şəhərində səhər saatlarında evlərdən birində qaz balonunun partlaması nəticəsində 5 nəfər həlak olub, 6-sı yaralanıb. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.

Məlumata görə, partlayış səhər saat 03:30 (yerli vaxtla) radələrində ev sakinlərinin qaz balonunu doldurduğu vaxt baş verib.

Həlak olanlardan 3-ü, yaralılardan isə 4-ü qonşu evdə yaşayıblar.

Partlayışdan sonra hadisə yerinə müvafiq orqanların əməkdaşları gəlib, yaralılar yaxınlıqda yerləşən xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti