Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İzzət/
Xəzərin Qaradağ rayonu sahillərində 2 nəfər balıq tutarkən batma təhlükəsi ilə üzləşib.
Trend Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumatına istinadən xəbər verir ki, martın 29-da Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən təxminən 3 km məsafədə, nəzarət olunmayan ərazidə) 2 nəfər balıq tutarkən batma təhlükəsi ilə üzləşib.
Xidmətin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
Hər iki şəxs görülmüş tədbirlər nəticəsində xilas edilib.