Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir T.Cəfərov/
İranın Ərdəbil əyalətinin Biləsuvar şəhərində zəlzələ qeydə alınıb. Bu barədə Trend İranın "Tabnak" saytına istinadən məlumat verir.
Tehran Universitetinin Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ gücü 4,2 bal təşkil edib.
İlkin məlumatlara əsasən, zəlzələ bu gün yerli vaxtla saat 12:31-də 10 km dərinlikdə qeydə alınıb.
Hələlik zəlzələ nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə məlumat yoxur.