...

Hacıqabulda həmyerlisini qətlə yetirən şəxs tutulub

Hadisə Materials 23 May 2013 13:48 (UTC +04:00)
Hacıqabul rayon sakini Nizami Zalovu bıçaqla qətlə yetirmiş Mehman Abdullayev tutulub.
Hacıqabulda həmyerlisini qətlə yetirən şəxs tutulub

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/

Hacıqabul rayon sakini Nizami Zalovu bıçaqla qətlə yetirmiş Mehman Abdullayev tutulub.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, mayın 22-də Hacıqabul rayonu ərazisində rayon sakini Mehman Abdullayev münaqişə zəminində həmyerlisi Nizami Zalovu bıçaqla qətlə yetirib.

Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abdullayev tutulub.

Faktla əlaqədar cinayət işinə başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti