...

Ötən günün yol qəzaları: 1 ölü, 2 yaralı

Hadisə Materials 25 May 2013 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend/

Ötən gün Azərbaycanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 25-də saat 00:40 radələrində Bərdə rayonunun Poçtbinə kəndi ərazisində Goranboy rayon sakini Qurban Əliyevin idarə etdiyi "VAZ-21093" markalı və sürücüsünün hələlik müəyyən edilmədiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə Q.Əliyev hadisə yerində ölmüş, "Mercedes"in sürücüsü avtomaşını hadisə yerində ataraq qaçıb.

BDYPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti