...

Xaçmazda ağır yol qəzası: 2 nəfər yaralandı, bir avtomobil yanaraq kül oldu

Hadisə Materials 16 İyul 2013 10:15 (UTC +04:00)
Gecə saatlarında Xaçmazda baş verən yol nəqliyyat hadisəsi zamanı 2 nəfər ağır xəsarət alıb, bir avtomobil yanıb kül olub.
Xaçmazda ağır yol qəzası: 2 nəfər yaralandı, bir avtomobil yanaraq kül oldu

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İzzət/

Gecə saatlarında Xaçmazda baş verən yol nəqliyyat hadisəsi zamanı 2 nəfər ağır xəsarət alıb, bir avtomobil yanaraq kül olub.

Trend Regional TV-yə istinadən xəbər verir ki, ağır yol nəqliyyat hadisəsi Gəndob-Yalama yolunun 20-ci km-də, magistralın Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verib. Xaçmaz istiqamətində hərəkətdə olan Xaçmaz şəhər sakini Ceyhun Məmmədovun idarə etdiyi "90-RP-711" qeydiyyat nişanlı "İnfiniti" markalı avtomobil yolda dönmə əmliyyatını yerinə yetirən 37 yaşlı Xaçmaz rayonunun Qaraçı kənd sakini Elnur Sultanovun idarə etdiyi "10-RO-647" qeydiyyat nişanlı "QAZ"el markalı yük avtomobilinə çırpılıb.

Toqquşma nəticəsində "İnfiniti" markalı avtomobil alışaraq yanıb. Qəza zamanı "QAZel"in sürücüsü Elnur Sultanov və sərnişini 31 yaşlı Xaçmaz rayonunun Qalağan kənd sakini Vasif Rəsulov ağır xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Sürücü Elnur Sultanova yardım göstərildikdən sonra o, palataya yerləşdirilib. Sərnişin Vasif Rəsulovun vəziyyəti ağır olduğundan o, paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Qəza zamanı "İnfiniti"nin sürücüsü Ceyhun Məmmədov isə xəsarət almayıb. O, avtomobildə tək olub.

Toqquşma nəticəsində alışan avtomobili söndürmək üçün hadisə yerinə Fövqəladə Halalr Nazirlyinin (FHN) Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) 1 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Lakin nəqliyyat vasitəsini yanğından mühafizə etmək mümkün olmayıb. Avtomobil tamamilə yanaraq kül olub.

İlkin ehtimala görə, qəza hər iki nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti