Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İ.İzzət/
Yuxarı Qarabağ kanalında boğulmuş Bərdə rayon sakini Ceyhun Mirzə oğlu Nadirovun axtarışları sona çatıb.
Trend EL TV-yə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları onun cəsədini batdığı yerdən 15 kilometr aralıda, Yuxarı Qarabağ kanalının Bərdənin Hacallı kəndi ərazisindən keçən hissəsində aşkarlayıblar.
Xatırladaq ki, Bərdə rayonu, Füzuli küçəsində yaşayan 1977-ci il təvəllüdlü Ceyhun Nadirov həyat yoldaşına kanala çimməyə getdiyini deyib və geri qayıtmayıb.
Bununla əlaqədar onun ailə üzvləri polisə müraciət ediblər. Aparılan axtarışlar zamanı Ceyhunun paltarları Yuxarı Qarabağ kanalının rayonun Hüseynbəyli kəndi ərazisindən keçən hissəsində tapılıb.