...

Şamaxıda 3-cü zəlzələ qeydə alınıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 1 Avqust 2013 16:50 (UTC +04:00)
Trend-in AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, zəlzələ avqustun 1-i saat 10:21-də Pirquludan 11 km cənubda qeydə alınıb.
Şamaxıda 3-cü zəlzələ qeydə alınıb (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 12:00-da yayılıb

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Şamaxı rayonu ərazisində zəlzələ olub.

Trend-in AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk zəlzələ avqustun 1-i saat 10:22-də Pirquludan 11 km cənubda qeydə alınıb.

Məlumata görə, 3.10 maqnitudada, 6 km dərinlikdə baş verən zəlzələ Şamaxıda 3.0 bala qədər hiss olunub.

İkinci zəlzələ yerli vaxtla saat 11:57-də Pirquludan 11 km cənubda qeydə alınıb. 3.00 maqnitudada, 9 km dərinlkdə baş verən zəlzələ Şamaxıda 3.0 bala qədər hiss olunub.

Saat 15:47-də isə Şamaxıda Pirquludan 8 km cənubda üçüncü zəlzələ qeydə alınıb. 3.50 maqnitudada, 7 km dərinlikdə olan bu zəlzələ də Şamaxıda 3.0 bala qədər hiss olunub.

Tikililərdə dağıntılar yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti