Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İzzət/
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində (Bakı-Sumqayıt yolunda) minik avtomobili və "DAEWOO" markalı sərnişin avtobusu toqquşub. Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə markalı minik avtomobili deformasiyaya uğramışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə şahidlərinin bildirdiklərinə əsasən, markalı minik avtomobilinin sürücüsü vətəndaşlar tərəfindən çıxarılaraq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Əməliyyat saat 01:32-də başa çatıb.