...

Goranboyda 1 nəfəri öldürüb, 3 nəfəri yaralayan dəstə tutulub

Hadisə Materials 3 Sentyabr 2013 14:29 (UTC +04:00)
Goranboy rayonu ərazisində 4 nəfərə bıçaq xəsarətləri yetirmiş şəxslər saxlanılıblar.
Goranboyda 1 nəfəri öldürüb, 3 nəfəri yaralayan dəstə tutulub

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İzzət/

Goranboy rayonu ərazisində 4 nəfərə bıçaq xəsarətləri yetirmiş şəxslər saxlanılıblar.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 2-də Goranboy rayonu Veyisli kəndinin ərazisindən kənd sakinləri Səxavət Nağıyev, onun oğlu İxtiyar, qardaşları Mürvət və Şükür bıçaq xəsarətləri ilə xəstəxanaya gətiriliblər. Səxavət Nağıyev orada ölüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

DİN-in Növbətçi Hissələri İdarəetmə Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi və Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədib "Opel Vectra" markalı avtomaşında hadisə yerindən qaçmış Abşeron rayon sakinləri Natiq Yaqubov, Rafiq Mədətov, Bakı şəhər sakinləri Mahrud Qocayeva və Neymət Dadaşov və onun qardaşı Nicat BDYPİ-nin postunda saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti