...

Bakıda İstintaq təcridxanasına gətirilən sovqatdakı konfetdə narkotik maddə varmış (FOTO)

Hadisə Materials 4 Sentyabr 2013 12:50 (UTC +04:00)
3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakıda İstintaq təcridxanasına gətirilən sovqatdakı konfetdə narkotik maddə varmış (FOTO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İzzət/

3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirlyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmətin, Bakı İstintaq təcridxanasının və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Sentyabrın 3-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında təqsirləndirilən şəxs qismində saxlanılan Şamil Əkbər oğlu Hüseynova uzaq qohumu vətəndaş Vüsal Balasər oğlu Şükürovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı karamel konfetlərinin 2 (iki) ədədinin içərisində gizlədilmiş, xalis çəkisi 4.108 qr olan narkotik maddə "tiryək" aşkar olunaraq götürülüb.

Qeyd edək ki, Şamil Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1(Oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (Oğurluq; təkrar törədildikdə), 178.2.1(Dələduzluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.4 (Dələduzluq; xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilir.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti