Rusiyada saxta pul və sənəd hazırladıqlarına görə axtarışda olan iki azərbaycanlı tutulub

Hadisə Materials 4 Sentyabr 2013 13:20 (UTC +04:00)
Rusiyada saxta pul və sənəd hazırladıqlarına görə axtarışda olan iki azərbaycanlı tutulub
Rusiyada saxta pul və sənəd hazırladıqlarına görə axtarışda olan iki azərbaycanlı tutulub

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İzzət/

Rusiyada saxta pul və sənəd hazırladıqlarına görə axtarışda olan iki azərbaycanlı tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, DİN-in Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasında axtarışda olan Vüqar Rəcəbov tutulub.

Qeyd edək ki, onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 186-cı maddəsi (saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma) ilə axtarış elan edilmişdi.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsi (qanunsuz olaraq saxta sənəd hazırlama və istifadə etmə) ilə axtarışda olan Rüfət İbrahimov isə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşları tərəfindən tutulub və Baş Cinayət-Axtarış İdarəsinə təhvil verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti