...

Tovuzda çörək sexində baş verən yanğın məktəb binasına keçib

Hadisə Materials 9 Sentyabr 2013 10:37 (UTC +04:00)
Tovuzda çörək sexində yanğın baş verib. Yanğın yaxınlıqdakı məktəb binasına keçib.
Tovuzda çörək sexində baş verən yanğın məktəb binasına keçib

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İzzət/

Tovuzda çörək sexində yanğın baş verib. Yanğın yaxınlıqdakı məktəb binasına keçib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Tovuz rayonu, Qovlar qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan çörəkbişirmə sexində yanğın baş verib.

Yanğın zamanı sexin dam örtüyünün yanar konstruksiyaları və lambirdən ibarət tavanı 200 kv.m sahədə, bitişik 40 kv.m olan talvarın altına yığılmış 340 ədəd un kisəsinin 50 ədədi yanıb.

Yüksək temperaturdan sexə bitişik, ümumi sahəsi 400 kv.m olan sürücülük məktəbinin lambirdən ibarət tavanı 4 kv.m sahədə əriyib. Sexin qalan hissəsi, bitişik talvar və digər tikililər yanğından mühafizə olunub.

Yanğn saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti