Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, "MERCEDES" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində sərnişin müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılaraq rayon mərkəzi xəstəxanasına aparılıb.
Avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Hüseynov Fuad Afiq oğlunun sıxılmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alət və avadanlıqlardan istifadə olunmaqla çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.
Yanğın təhlükəsizliyini təmin etmək üçün ətrafa dağılmış yanacaq yuyulub.
Xəbər lenti
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri