...

Bakıda istintaq təcridxanasına qanunsuz telefon keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 20 Sentyabr 2013 10:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İ.İzzət/

Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 19-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına planlı etapla daxil olan məhkum Müşfiq Şərif oğlu İsgəndərovun üzərinə baxış keçirilib. Baxış zamanı onun üzərindən 1(bir) ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Müşfiq İsgəndərov Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti