Bakıda yük maşını ilə minik avtomobili toqquşdu, sürücülərdən biri dünyasını dəyişdi

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Bakıda minik avtomobili iə yük maşını toqquşub, sürücülərdən biri dünyasını dəyişib.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda (Pirallahı qəsəbəsinə gedən avtomobil yolunda) "VAZ" markalı minik avtomobili iə "ZİL" markalı yük avtomobili toqquşub. Nəticədə avtomobillər deformasiyaya uğrayıb, "VAZ" markalı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Əsgər Məmmədov hadisə yerində vəfat edib.
FHN-in xilasediciləri xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin cəsədini çıxarıb, aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Xəbər lenti
Yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxarılmasını nəzərdə tuturuq - Agentlik sədri
Cənab Ali Baş Komandanımız iki cəbhədə öz Dəmir Yumruğunu göstərdi - Qarabağda və mediada - MÜSAHİBƏ