...

Şəmkirdə avtomobil aşıb, sürücü ölüb

Hadisə Materials 8 Noyabr 2013 10:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini 19 yaşlı Məstan Hüseynov idarə etdiyi "Toyota Prado" markalı avtomobili sərt döngədə aşırıb. Nəticədə sürücü hadisə yerindəcə ölüb.

Hadisə Şəmkir-Kür qəsəbəsi avtomobil yolunun Mahmudlu kəndi ərazsindən keçən hissəsində baş verib.

İlkin ehtimala görə, qəzaya avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti