...

Gəncədə evin zirzəmisindən silah-sursat tapılıb

Hadisə Materials 13 Noyabr 2013 12:58 (UTC +04:00)
Gəncədə evin zirzəmisindən odlu silah və sursat tapılıb.
Gəncədə evin zirzəmisindən silah-sursat tapılıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İzzət/

Gəncədə evin zirzəmisindən odlu silah və sursat tapılıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, daxil olmuş məlumata əsasən, noyabrın 12-də Gəncə şəhəri Nizami Rayon Polis İdarəsi əməkdaşları tərəfindən Heydər Əliyev prospekti, 151 ünvanındakı evin zirzəmisində axtarış aparılıb.

Axtarış zamanı 1 ədəd "AK-74" silahı, 70 ədəd patron və 2 ədəd patron darağı tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti