...

DİN “Lokomotiv” İdman Kompleksində baş verən partlayışla bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 28 Dekabr 2013 13:17 (UTC +04:00)
Biləcəri qəsəbəsinin ərazisində yerləşən “Lokomotiv” İdman Kompleksinin qazanxanasında təmir işləri aparılarkən təbii qazın sızmasından partlayış baş verib.
DİN “Lokomotiv” İdman Kompleksində baş verən partlayışla bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.İzzət/

Biləcəri qəsəbəsinin ərazisində yerləşən "Lokomotiv" İdman Kompleksinin qazanxanasında təmir işləri aparılarkən təbii qazın sızmasından partlayış baş verib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 27-də saat 19 radələrində Biləcəri qəsəbəsinin ərazisində yerləşən "Lokomotiv" İdman Kompleksinin qazanxanasında təmir işləri aparılarkən təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə qazanxananın tavanı üçmuş, orada təmir işləri aparan Şahvələd Məmmədov hadisə yerində ölüb, xəsarət almış Elvin Qurbanov isə xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti