Azərbaycan, Bakı, 4 yanvar /Trend/
Əfqanıstanın paytaxtı Kabil şəhərininin mərkəzində, bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin yerləşdiyi ərazidə güclü partlayış baş verib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Partlayış nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
"Reuters" agentliyi təhlükəsizlik xidmətinin nümayəndələrinə istinadən məlumat verir ki, təqribən eyni vaxtda yaraqlılar Kabilin yaxınlığındakı hərbi bazanın yanında ordu karvanına hücum ediblər.
Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) komandanlığı hadisə yerinə öz dəstəsini göndərib.