...

74 yaşlı Gəncə sakini binanın damında ölüb

Hadisə Materials 19 Yanvar 2014 01:47 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonunda beşmərtəbəli binanın damında kişi cəsədinin olması barədə məlumat daxil olub.
74 yaşlı Gəncə sakini binanın damında ölüb

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Gəncə sakini binanın damında ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonunda beşmərtəbəli binanın damında kişi cəsədinin olması barədə məlumat daxil olub.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1940-cı il təvəllüdlü İslam İsmayıl oğlu Səfərov beşmərtəbəli binanın damına çıxıb və ürək tutmasından orada vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi düşürərək aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti