...

Gəncədə partlayış baş verib, yaralılar var

Hadisə Materials 22 Yanvar 2014 12:40 (UTC +04:00)
Gəncə şəhərində evin zirzəmisində qaz balonunun nasazlığından partlayış baş verib.
Gəncədə partlayış baş verib, yaralılar var

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İzzət/

Gəncə şəhərində evin zirzəmisində qaz balonunun nasazlığından partlayış baş verib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 21-də saat 20 radələrində Gəncə şəhəri Cavadxan qəsəbə sakini Fatma Verdiyevanın evinin zirzəmisində qaz balonunun nasazlığından ani partlayış baş verib.

Xəsarət almış F.Verdiyeva və qızı Nübar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti