...

Bakıda yük avtomobili yanıb

Hadisə Materials 25 Yanvar 2014 09:18 (UTC +04:00)
Bakı şəhəri, Qaradağ rayonunda "Qazel" markalı yük avtomobili ilə "Nissan" markalı minik avtomobili toqquşub.
Bakıda yük avtomobili yanıb

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir E.Mehdiyev/

Bakı şəhəri, Qaradağ rayonunda "Qazel" markalı yük avtomobili ilə "Nissan" markalı minik avtomobili toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, toqquşma yanğınla nəticələnən yol qəza hadisəsinə səbəb olub.

Yük avtomobilinin yanar hissəsləri yanıb. Minik avtomobili yanğından mühafizə olunub. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti