Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İ.İzzət/
Mingəçevir şəhər ərazisindən odlu silah və vasitələri tapılıb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər ərazisindən "AKM" silahı, 251 ədəd müxtəlif çaplı patron və 8 ədəd patron darağı tapılıb.
Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir.