...

Penitensiar xidmətin Bakıdakı müəssisələrində məhkumların üzərində telefon aşkarlanıb

Hadisə Materials 3 Fevral 2014 10:38 (UTC +04:00)
Penitensiar xidmətin müəssisələrində məhkumların üzərində telefon aşkarlanıb.
Penitensiar xidmətin Bakıdakı müəssisələrində məhkumların üzərində telefon aşkarlanıb

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İ.İzzət/

Penitensiar xidmətin müəssisələrində məhkumların üzərində telefon aşkarlanıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Samid Firuddin oğlu Həsənovun üzərinə və saxlandığı kameraya baxış keçirilib. Baxış zamanı ona məxsus çarpayıda döşəyin altından daxilində "Cin" danışıq kartı olan 1(bir) ədəd "Nokia-105" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Samid Həsənov Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 317-2.1 (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddələri ilə təqsirli bilinərək 6 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ramil Aslan oğlu Sarızadənin üzərinə baxış keçirilib. Baxış zamanı onun əynində olan gödəkçənin cibindən 1(bir) ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 181.3.1 (Quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək 9 il 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.

Hər iki fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti